“Qalatasaray” müdafiə xəttini gücləndirməyi planlaşdırır
Çempionlar Liqasının qrup mərhələsində mübariz aparan “Qalatasaray” növbəti mərhələyə keçəcəyi təqdirdə, müdafiə xəttini gücləndirməyi planlaşdırır. Mövsümün əvvəlində Fatih Terimin transfer siyahısında olan Kolo Turenin adı yenidən “Qalatasaray”la hallanır.

Superliqanın startında Tomaş Uyfaluşinin zədələnməsindən sonra tez bir zamanda Krisi heyətinə qatan “Cim-Bom” braziliyalı futbolçunun çıxışından narazı qaldığı üçün boşluğu Fil Dişi Sahilindən olan müdafiəçi ilə doldurmaq istəyir. Terimin siyahısında birinci olan Kolo Turenin də keçidi inandırıcıdır. Çünki Ture bu mövsüm “Mançester Siti”də 4 dəfə Premyer Liqa oyununda forma geyinib, Çempionlar Liqasının qrup mərhələsində isə meydana çıxmayıb.

2009-cu ildə “Arsenal”dan Mançester təmsilçisinə 20 milyon avroya transfer olunan Tureyə “Qalatasaray” rəhbərliyi 5 milyon avro verməyi düşünür.

Xəbər 887 dəfə oxundu.