Milli komandamızın üzvü Ufuk Budak yenidən zədələnib
Milli komandamızın üzvü Ufuk Budak yenidən zədələnib. Sentyabrda millinin düşərgəsində zədələnən futbolçu bu dəfə “Eskişəhərspor”da zədə alıb.
Bu səbəbdən o, dünən “Eskişəhərspor”un A2 komandasının heyətində “Kartalspor”a qarşı oynamayıb. Hazırda Budak komandanın tibbi heyətinin nəzarətində komandadan ayrı çalışır.

Xəbər 862 dəfə oxundu.