PSJ-nin Kriştiano Ronaldo israrı davam edir
PSJ-nin Kriştiano Ronaldo israrı davam edir. Ulduz futbolçu “Real”da xoşbəxt olmadığını deməsindən sonra hədəfinə düşdüyü klubdan böyük məbləğdə transfer təklifi alıb.
Məlumata görə, PSJ artıq transfer çalışmalarına start verib. Fransa klubu “Real”ın “Mançester Yunayted”dən 120 milyon dollara (96 milyon avro) heyətinə qatdığı Ronaldo üçün ispanlara 150 milyon dollar təklif edəcək. Bu isə ən bahalı futbolçu adını daşıyan Ronaldonun şəxsi rekordunu qıracağı deməkdi.
Fransanın RMC radiosunun məlumatına görə, Ronaldo özü də Parisə getmək istəyir. Hətta onun ispan jurnalistlərdən birinə “Parisdə yaşamaq Madriddə yaşamaqdan daha yaxşı olacaq” dediyi bildirilir.

Xəbər 917 dəfə oxundu.