Elvin Həsənəliyevdən sevindirici xəbər var
“Kəpəz”in zədəli üzvlərindən Elvin Həsənəliyevdən sevindirici xəbər var. Gənc yarımmüdafiəçinin vəziyyəti normaldır.

Qasıq nahiyyəsindəki ağrılara görə bir müddət meydanlardan kənar qalan futbolçu iki gündür ki, fərdi halda məşqlərə başlayıb. Həkimlərin sözlərinə görə, Həsənəliyev gələn həftədən komanda ilə birgə ümumi məşqlərə qoşula biləcək.

“Kəpəz”in ən təcrübəli futbolçularından olan Emin İmaməliyevin isə zədəsi olmasa da, sağlıq durumunda problem var. Belə ki, Emin xəstələnib. Futbolçu qripə yoluxub.

Xəbər 868 dəfə oxundu.