Ufuk Budakın oynamamasının səbəbi müəyyənləşib
Ufuk Budakın oynamamasının səbəbi müəyyənləşib. Milli komandamızın futbolçusu yenidən zədələnib.

Belə ki, Ufuk “Əskişəhərspor”un əvəzedici komandasının “Kartalspor”la görüşündə də forma geyməyib. Bu oyunda “EsEs” 2:0 hesabı ilə qalib gəlib turnir cədvəlində liderliyə yüksəlib. Futbolçumuzun adı bundan öncə Superliqanın son turunda “18-liy”ə salınmamışdı.

Hazırda Budak komandanın tibbi heyətinin nəzarətində komandadan ayrı çalışır. Onun bu gün Türkiyə kubokunda “Polatlı Buqsaşspor”a qarşı forma geyəcəyi də inandırıcı görünmür. Qeyd edək ki, Polatlıda baş tutacaq bu qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Xəbər 897 dəfə oxundu.