Bu gün Super Liqada V turun oyunları keçiriləcək
Bu gün Super Liqada V turun oyunları keçiriləcək. “Bakı-Azəryol”un istirahət edəcəyi gündə mövsümün ilk – “Azərreyl” – “Rabitə” derbisi baş tutacaq.

Voleybolsevərlərin diqqət mərkəzində olan bu qarşılaşmada hər 2 komandanın qalib gəlmək şansı yüksəkdir. Çünki əzəli rəqiblər bu il demək olar yeni kollektiv formalaşdırıblar. Bunun üçün derbinin daha maraqlı keçəcəyi sözsüzdür.

Bu görüşdən öncə “İqtisadçı” “Lokomotiv”i sınağa çəkəcək. Birincilər hesabat tutunda uduzduqları və CEV kuboku ilə vidalaşdıqları üçün özlərini qələbə ilə sığortalamaq arzusundadırlar. “Lokomotiv” isə qalib gəlməklə liderlərdən ayrı düşməməyə çalışacaq. Onlar bunu Çempionlar Liqasında son oyunları ilə nümayiş etdiriblər.

Tura autsayderlər – “Lokomotiv Biləcəri” – “Telekom” görüşü ilə yekun vurulacaq. Qarşılaşmada hər 2 komanda birinci qələbəsi üçün döyüşəcək.

27 noyabr
V tur

“İQTİSADÇI” – “LOKOMOTİV” - 2:1 (25:22, 17:25, 25:10)
17:00. “AZƏRREYL” – “RABİTƏ”
19:00. “LOKOMOTİV BİLƏCƏRİ” – “TELEKOM”

Xəbər 898 dəfə oxundu.