Premyer Liqada XV turun oyun cədvəli açıqlanıb
Premyer Liqada XV turun oyun cədvəli açıqlanıb. Turun bütün oyunları dekabrın 2-də keçiriləcək.
Tura “Qəbələ” – “Bakı”, “Sumqayıt” – “Simurq” və “Turan” – “Kəpəz” oyunları ilə start veriləcək. Hər üç qarşılaşma saat 14.00-da başlayacaq. Bundan iki saat sonra “Xəzər Lənkəran” – AZAL və “İnter” – “Rəvan” matçları başlayacaq.
Bu həftəyə təsadüf edəcək tarixi derbi – “Neftçi” – “Qarabağ” matçı isə turun son oyunu olacaq. Qarşılaşmanın start fiti saat 18.00-da çalınacaq.
2 dekabr
Qəbələ – Bakı
Qəbələ şəhər stadionu, 14.00
Sumqayıt – Simurq
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 14.00
Turan – Kəpəz
Tovuz şəhər stadionu, 14.00
İnter – Rəvan
“Şəfa” stadionu, 16.00
Xəzər Lənkəran – AZAL
Lənkəran şəhər stadionu, 16.00
Neftçi – Qarabağ
8-ci kilometr stadionu, 18.00

Xəbər 968 dəfə oxundu.