Azərbaycan kubokunun əsas mərhələsi start götürəcək
Sabah keçiriləcək oyunlarla Azərbaycan kubokunun əsas mərhələsi start götürəcək. İlk mərhələdə Premyer Liqanın iddialı komandaları mübarizə aparmadığından, “Xəzər Lənkəran” və əsas rəqibləri yalnız indi – 1/8 finaldan kubok iddialarını ortaya qoyacaq. “Turan”la üzləşəcək komanda ardıcıl 9-cu dəfədir bu mükafat uğrunda mübarizə aparır.

İndiyədək qatıldığı 8 yarışın yarısında finala yüksələn “Xəzər Lənkəran” 4 həlledici oyundan 3-də qalib gəlib və yalnız 1-də uduzub. Daha 2 dəfə yarımfinalda mübarizəni dayandıran cənublular ən pis halda – 2 dəfə 1/4 finalda çıxışını başa vurub.

Xəbər 828 dəfə oxundu.