“Qarabağ” qış fasiləsində legionerlərindən biri ilə yollarını ayıracaq
“Qarabağ” qış fasiləsində legionerlərindən biri ilə yollarını ayıracaq. Ağdam klubu Mustafa Səlimin xidmətində maraqlı deyil.
Böyük ümidlərlə transfer olunan Afrota hələ ki, heç nəylə yadda qalmayıb. Heyətə düşməkdə çətinlik çəkən misirli oyunda ölkəmizə gəlməzdən öncə 8 ay futbolsuz qalmışdı. Azərbaycanda isə iki dəfə zədə alan Mustafa artıq Qurban Qurbanova lazım deyil. Qışda müqaviləsi başa çatacaq Afrota komandadan gedəcək.

Xəbər 1421 dəfə oxundu.