Moskva “Dinamo”su Rusiya kubokunda ilk matçını keçirib
Çempionlar Liqasında “Lokomotiv”in rəqibi olan Moskva “Dinamo”su Rusiya kubokunda yarımfinalın qrup mərhələsində ilk matçını keçirib. B qrupunda yer alan paytaxt təmsilçisi “Voronej”lə qarşılaşıb.

“Dinamo” çətinliklə də olsa qalib gəlməyi bacarıb - 3:2 (25:9, 25:11, 22:25, 24:26, 15:5). Onlar növbəti 2 matçlarını “Proton” və “Severstal”a qarşı keçirəcəklər.

Qeyd edək ki, bu mərhələdə 16 klub 4 qrupda mübarizə aparır. Növbəti mərhələyə isə 4 ən güclü komanda yüksələcək.

Xəbər 826 dəfə oxundu.