2010-cu il noyabrın 25-də Madrid şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İspaniya Krallığının Ali İdman Şurası arasında idman sahəsində əməkdaşlığa dair Memorandum”un təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2010-cu il noyabrın 25-də Madrid şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İspaniya Krallığının Ali İdman Şurası arasında idman sahəsində əməkdaşlığa dair Memorandum” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə İspaniya Krallığı tərəfini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 yanvar 2011-ci il.

Xəbər 1223 dəfə oxundu.