“İnter” yenidən uğursuzluq zolağına düşüb
“Neftçi”nin Avroliqanın qrup mərhələsində son rəqibi olan “İnter”in yenidən uğursuzluq zolağına düşüb. Milan təmsilçisi A seriyasının XIV turunda səfərdə “Parma”ya 0:1 hesabı ilə uduzub. Rəqibimiz 75-ci dəqiqədə Sansonenin vurduğu qolla yenilib.

“İnter” 14 oyundan sonra 28 xalla turnir cədvəlində 4-cü yerdədir. Komanda artıq 3 oyundur qalib gələ bilmir ki, bunun 2-də uduzaraq, cəmi 1 xal qazanıb.

Qeyd edək ki, “Neftçi” milanlılarla səfər oyununu dekabrın 6-da keçirəcək.

Xəbər 939 dəfə oxundu.