Böyük transfer olmayacaq
İngiltərə Premyer-Liqasında mübarizə aparan “Liverpul” maliyyə problemi ilə üzləşib. Komandanın baş məşqçisi Brendon Rodgers yanvarda edilən böyük transferin kluba ziyan verəcəyini bildirib:
Daha çox əmək sərf edərək turnir cədvəlində üst sıralara yüksəlmək istədiklərini bildirən Rodgers qış transferinə ümidli olmadığını da dilə gətirib.
Qeyd edək ki, “Liverpul” XIII həftədən sonra 16 xalla 11-ci pillədə qərarlaşıb.

Xəbər 848 dəfə oxundu.