Ağırlıqqaldırma üzrə Azərbaycan yığması daha bir itki ilə üzləşib | |
Ağırlıqqaldırma üzrə Azərbaycan yığması daha bir itki ilə üzləşib. Boyanka Kostova (58 kq) və İvan Stoitsovun (77 kq) ardınca daha bir milliləşən bolqarıstanlı Veliçko Çolakov (+105 kq) da ölkəmizə qayıtmaqdan imtina edib. London Olimpiadasında yığmamızın heyətində yer alan, lakin zədə səbəbindən podiuma çıxmayan ağır çəkili idmançı 2 il şərəfini qoruduğu millimizdən razılıqla ayrılıb. O Bolqarıstan mətbuatına verdiyi açıqlamasında son qərarını da açıqlayıb: “Bolqarıstana qayıtdıqdan sonra gələcək karyeramı həll etmək üçün Azərbaycandan zəng gözləyirdim. Artıq qərarımı vermişəm. Mən bu ölkənin yığmasının şərəfini qoruduğum 2 ildəki münasibətə görə onlara təşəkkürümü bildirirəm”. Qeyd edək ki, Çolakovun Azərbaycan Ağır Atletika Federasiyası ilə 2014-cü ilə kimi müqaviləsi var. Bu səbəbdən Veliçko vətəninə qayıtsa belə 1 il yarışlardan kənar qalacaq. |
|
Xəbər 1194 dəfə oxundu. |
|
|