Millimizin üzvü üçün uğurlu seriya bitdi
Milli komandamızın üzvü Əli Gökdəmirin çıxış etdiyi “Hannover 96”nın ikinci komandası növbəti oyununu keçirib. Almaniyanın Regional Liqasında çıxış edən komanda “Volfsburq”u qəbul edib.
Ardıcıl 7 oyunda qələbə qazanan hannoverlilərin uğurlu seriyası qırılıb. Belə ki, oyun qolsuz bərabərliklə bitib. Əli meydana start heyətində çıxıb və sonadək mübarizə aparıb.
Bununla da “Hannover 96″nın vahid liderliyinə son qoyulub. İndi komandanın aktivində 39 xal var və “Holsteyn”lə birlikdə 1-2-ci pillələri bölüşür.

Xəbər 928 dəfə oxundu.