“Barselona” əzəli rəqibi olan “Real”ın tarixi rekordunu təkrarlayıb
“Barselona” əzəli rəqibi olan “Real”ın tarixi rekordunu təkrarlayıb. Komanda İspaniya çempionatının son turunda “Levante”yə qalib gəlməklə, çempionatın startında qələbələrin sayına görə madridlilərlə bərabərləşib.

Belə ki, “Kral klubu” bunu 1991/92 mövsümündə 13 oyunda 12-də qalib gəlib, 1-də heç-heçə etməklə, müəyyənləşdirmişdi. “Barsa” nailiyyəti təkrarladıqdan sonra növbəti turda “Atletik”lə oyunda qələbə qazanmaqla, yeni rekord müəyyənləşdirəcək.

Qeyd edək ki, “Barsa” XIII turdan sonra lider olaraq 3-cü yerdə gedən madridliləri 11 xal qabaqlayır.

Xəbər 956 dəfə oxundu.