Braziliyada keçiriləcək dünya çempionatının talismanının adı müəyyənləşib
2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının talismanının adı müəyyənləşib. FİFA-nın rəsmi saytı bunun Fuleko olacağını açıqlayıb. Belə ki, Braziliya əhalisinin 48 faizi bu varianta səs verib. Sonrakı yerləri 31 faizli Zuzeko və 21 faizli Amijubi tutub.

Müxtəlif rənglərdə olan bu talismanın seçilməyi təsadüfi deyil. Məsələ ondadır ki, təşkilatçılar bu yolla ictimaiyyətin diqqətini ətraf mühitdə və ekologiyada problemlərə yönəltmək istəyib.

Xəbər 834 dəfə oxundu.