Elvin Məmmədov 10000-ci qolu vurdu
Topaz Premyer Liqasının XIV turu Azərbaycan futbolu tarixində əlamətdar hadisələrlə yadda qalıb. İdman.com.az xəbər verir ki, bu gün keçirilmiş «Bakı» - «Neftçi» görüşündə 1992-ci ildən bəri ölkə çempionatlarının 10000-ci qol vurulub. Yubiley topunun müəllifi Elvin Məmmədov olub. 24 yaşlı yarımmüdafiəçi matçın 60-cı dəqiqəsində «ağ-qaralar»ın qapısına yol tapıb.

Azərbaycan çempionatları tarixində ilk qolun sahibinə gəlincə, bu, «Qarabağ»ın futbolçusu Mehman Alışanov olub.

Dünya futbolunda ən nadir hadisələrdən biri də «Bakı» - «Neftçi» görüşünə təsadüf edib. 88-ci dəqiqədə komanda yoldaşını əvəzləmiş Novruz Məmmədovun meydanda olması cəmi 3 saniyə çəkib.

«Neftçi»nin yarımmüdafiəçisi Julius Vobaya qarşı qaydalardan kənar oynayan gənc müdafiəçi, baş hakim Elçin Məmmədov tərəfindən qırmızı vərəqə alaraq dərhal meydandan qovulub.

Xəbər 1685 dəfə oxundu.