Azərbaycan futbolunda dünyada görünməmiş hadisə
«Bakı» klubunun müdafiəçisi Novruz Məmmədov dünya futbolunun tarixinə öz adını yazdırdı. Amma yaxşı deyil, pis mənada. İdman.com.az xəbər verir ki, 21 yaşlı arxa xətt oyunçusu Topaz Premyer Liqası çərçivəsində bu gün «Neftçi» klubu ilə keçirilmiş matçın 88-ci dəqiqəsində komanda yoldaşı Ramazan Abbasovun əvəzinə meydana çıxsa da, onun görüşdə olması cəmi 3 saniyə çəkdi.

Julius Vobaya qarşı çox kobud oynayan Novruz Məmmədov, baş hakim Elçin Məmmədov tərəfindən dərhal qovuldu. Beləliklə, gənc müdafiəçi dünya futbolunun ən erkən qırmızı vərəqəsini alanlardan birinin müəllifi oldu.

Xəbər 841 dəfə oxundu.