Aleks Tuncaydan lahmacun və dönər istədi
«Fənərbağça»nı tərk edib vətəni Braziliyaya yollanmış Aleks De Souza çətin günlər keçirir. Ölkəsinin «Koritiba»sında futbol həyatına davam edən, «yüzdə əlli türk olaraq öləcəyəm» demiş futbolçu, Türkiyədən ötrü çox darıxır. İstanbuldan sonra indi Braziliyadakı həyata alışmaq De Souza ailəsinə çətin gəlir.

İdman.com.az xəbər verir ki, uşaqlarının doğulub böyüdüyü, məktəbə getdiyi, bir çox yoldaş əldə etdiyi İstanbul həsrətini unutmaq üçün, Alex çox böyük səy göstərir.

Bu günlərdə oğlu Felipenin çox sevdiyi və «ata lahmacun, ata lahmacun» deyərək istədiyi lahmacunu Türkiyədən Braziliyaya gətirtmək üçün, Aleks keçmiş komanda yoldaşı Tuncay Şanlıya müraciət edib.

Tuncayla telefonla danışan braziliyalı futbolçu ondan oğluna lahmacun, qızlarına isə dönər göndərib-göndərə bilməyəcəyini soruşub. Bu istək qarşısında bir az çaşan Tuncay, bu tələbi sevə-sevə yerinə yetirəcəyini deyərək, Aleksin sifarişini qəbul edib. Tuncay Felipenin lahmacununu, Aleksin qızları Antonia və Marianın isə dönərlərini «dondurulmuş» halda ən qısa zamanda Braziliyaya göndərəcəyini söyləyib.

Xəbər 945 dəfə oxundu.