BBS afrikalıları seçir
BBS-nin 2012-ci il üçün Afrikanın ən yaxşı futbolçusu olmağa namizədlərinin siyahısı bəlli olub. İdman.com.az xəbər verir ki, «Mançester Siti»nin yarımmüdafiəçisi Yaya Ture ardıcıl 2-ci il nüfuzlu mükafata nominant olur.

Ona Fil Dişi Sahili yığması üzrə komanda yoldaşı olan «Şanxay Şenxua»nın forvardı Didye Droqba və Seneqal millisi ilə «Nyukasl»ın qolçusu Demba Ba da rəqibdir. Digər iki futbolçunun isə ingilis futboluna aidiyyatı yoxdur. Bunlar «Monpelye»nin mərakeşli yarımmüdafiəçisi Yunes Belhanda və Zambiya yığmasının kapitanı olan «Henan Konsrtakşn»ın vingeri Kristofer Katonqodur.

BBS qalibin adını dekabrın 13-də elan edəcək. Səsvermə SMS yolu ilə aparılacaq. Ötən illərdə bu mükafatın sahibi Didye Droqba, Emmanuel Adebayor, Maykl Essyen, Cey-Cey Okoça və başqa futbolçular olublar.

Xəbər 1010 dəfə oxundu.