Azərbaycanlı hakim Bosniya və Herseqovinada ən yaxşı seçilib
Azərbaycanlı hakim Aygül Abdullayeva Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda 21 yaşadək taekvondoçular arasında keçirilən “Bosnia Open” beynəlxalq turnirinin ən yaxşı referisi seçilib.

Qeyd edək ki, A.Abdullayeva Azərbaycanı Sarayevoda təşkil olunan Avropa çempionatında da təmsil edib.

Xəbər 14 dəfə oxundu.