«Çelsi» Droqbanı icarəyə götürəcək
London «Çelsi»sinin Premyer Liqaya qayıtmağa can atan keçmiş forvardı öz istəyini həyata keçirməyə şans qazanıb. Yayılan xəbərlərə görə, kotdirvuarlı hücumçu hal-hazırda «Çelsi»nin Rafael Benitesin rəhbərlik etdiyi məşqçilər qərargahıyla özünün gələcəyini müzakirə etməyə başlayıb.

İdman.com.az xəbər verir ki, Söhbət mövsümün sonunadək icarədən gedir. Droqba komandanı dərin böhrandan çıxartmaqda Benitesə kömək etməlidi. Komanda hazırda həm Çempionlar Liqası qrupunda, həm də Premyer Liqada 3-cü pillədədir.

Xəbər 1004 dəfə oxundu.