AGF-in fotomüsabiqəsinin qalibləri məlum olub | |
Azərbaycan prezidenti cənab İlham Əliyevin sərəncamından irəli gələn «İdman ili»ndə ictimaiyyətin güləş idman növünə və pəhləvanlarımızın uğurlarına diqqətini artırmaq məqsədi ilə, Güləş Federasiyası fotoqraflar arasında müsabiqə keçirib. Bu tədbir 12-13 mayda Bakıda sərbəst güləş üzrə Dünya kuboku zamanı təşkil olunub. Müsabiqəyə müraciət edən 20-yə yaxın fotoqraf 400-ə qədər foto təqdim edib. İki mərhələli seçimdən sonra nominasiyalar üzrə qaliblər müəyyənləşib. İdman.com.az xəbər verir ki, qaliblərin mükafatlandırılması dekabr ayında ilin yekunlarına dair təşkil olunacaq mərasimdə baş tutacaq. |
|
Xəbər 967 dəfə oxundu. |
|
|