Azərbaycan gimnastları Almaniyada birinci və ikinci yeri tutublar
Azərbaycan millisinin üzvləri Almaniyanın Kotbus şəhərində keçirilən “GymCity Open” beynəlxalq yarışında batut gimnastikası üzrə birinci və ikinci yeri tutublar.

Sinxron proqramda yeniyetmə gimnastlardan Əli Niftəliyev - Ammar Baxşalıyev cütlüyü qızıl, böyüklərin yarışında isə Hüseyn Abbasov - Nicat Mirzəyev dueti gümüş medal əldə ediblər.

Xəbər 265 dəfə oxundu.