Azərbaycan paraüzgüçüsü Gimnaziadada gümüş medal qazanıb
Azərbaycan paraüzgüçüsü Əli Vəliyev Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziadada gümüş medal qazanıb.

Yeniyetmə idmançı qarışıq kateqoriya üzrə 200 metr məsafəyə sərbəst üsulda 644 xal nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, Ə.Vəliyev Gimnaziadanın növbəti günlərində 50 metr məsafəyə arxasıüstə, kəpənək və sərbəst üsulla üzməkdə mübarizə aparacaq.

Xəbər 270 dəfə oxundu.