“Kəpəz”in zədəli qapıçısı Xəyal Zeynalovun durumu yaxşılaşıb
“Kəpəz”in zədəli qapıçısı Xəyal Zeynalovun durumu yaxşılaşıb. Dizindəki ağrılardan əziyyət çəkən qolkiper tibbi personalın əməyi nəticəsində artıq məşqlərə də qoşulub.
Komandanın digər zədəli futbolçusu Məhərrəm Hüseynovun da vəziyyəti qənaətbəxşdi. Uzun müddət yaşıl meydanlardan kənar qalan gənc futbolçu həftənin əvvəlindən fərdi halda məşqlərə başlasa da, dünəndən komanda ilə birgə hazırlıq keçir.

Xəbər 769 dəfə oxundu.