“Rabitə”nin 4-cü qələbəsinin qəhrəmanının adı açıqlanıb
“Rabitə”nin Çempionlar Liqasının qrup mərhələsində 4-cü qələbəsinin qəhrəmanının adı açıqlanıb. Azərbaycan çempionunun “Atom”a (Polşa) 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanın bombardiri Foluke Akinradevo olub.

Amerikalı legionerimiz rəqibi 19 dəfə cəzalandırmağı bacarıb. Marçello Abbondanzanın digər yetirmələrindən Nataşa Krsmanoviçlə Angelina Qrün hərəyə 15, Madeleyne Montano 14, Aurea Kruz 12, Sanya Staroviç 7 və Katarjina Skorupa 2 xal toplayıb.

Rəqib düşərgədə isə Reçel Rurk fəal oyunu ilə diqqət çəkib. O, komandasının aktivinə 20 xal yazdırıb.

Qeyd edək ki, 4-cü matçında da 3 xal qazanan “Rabitə” artıq özü üçün pley-offa vəsiqəni təmin edib.

Xəbər 829 dəfə oxundu.