Azərbaycan karateçiləri beynəlxalq yarışda qızıl və gümüş medallar qazanıblar
Sentyabrın 20-dən 22-dək Macarıstanın paytaxtı Budapeştdə karate üzrə beynəlxalq turnir keçirilir.

Mötəbər turnirin ilk günündə kata üzrə yeniyetmələr arasında (14-15 yaş) Şəlalə Rüstəmova bütün rəqiblərinə qalib gələrək qızıl medal, gənclər arasında (16-17 yaş) Ramilə Heydərova isə gümüş medal qazanıb.

Qeyd edək ki, şəxsi kumite yarışlarına dünən start verilib.

Xəbər 250 dəfə oxundu.