“Qəbələ” matçın hazırlıqlarını davam etdirir
Premyer Liqanın XIV turunda “Rəvan”ın qonağı olacaq “Qəbələ” matçın hazırlıqlarını davam etdirir. Komandanın heyətində yalnız bir itki var.
Belə ki, uzun müddətdi zədəli olan Vurğun Hüseynov hələ komandaya qoşulmayıb. Bundan başqa heyətdə zədəli və cəzalı futbolçu olmadığından düşərgədə yüksək əhval-ruhiyyə hökm sürür.
“Qəbələ” bu gün səhər məşqinin ardından paytaxta yollanacaq.

Xəbər 858 dəfə oxundu.