«Rabitə» Bakıda da «Atom»u üstələdi
Bu gün qadın voleybolçular arasında Avropa Çempionlar Liqasında IV tur sona yetib.
İdman.com.az xəbər verir ki, hesabat turu Azərbaycan - Polşa klublarının qarşıdurması ilə yadda qalıb. «Lokomotiv» və «Azerreyl»in ardından «Rabitə» komandası da panlarla münasibətinə aydınlıq gətirib.

Qitənin ən mötəbər yarışında 100 faizli nəticə göstərən Bakı təmsilçisi səfərdə «Atom»u asan udsa da, evdə onun ciddi müqaviməti ilə rastlaşıb. Buna baxmayaraq, «rabitəçilər» cavab görüşündən də qalib ayrılmağı bacarıb – 3:1 (25:11, 23:25, 27:25, 25:21). Beləliklə, 4-cü matçında da qalib gələn ölkə çempionumuz maksimum nəticə ilə pley-offa vəsiqə qazanıb.

Sözügedən mübarizədə bir məqamı da qeyd etməmək olmaz. Ötən mövsüm «Atom»un sükanı arxasında «Rabitə»yə qarşı olan italiyalı məşqçi Marçelo Abbondanza bu dəfə Azərbaycan tərəfdən əski komandasına rəqib oldu.

«B» qrupu – 1. «Rabitə» - 12 xal, 2. «Villa Kortese» - 9, 3. «Atom» - 3, 4. «Agel» - 0.

Xəbər 2636 dəfə oxundu.