“Turan” yeni sponsor tapdı
Ötən illə müqayisədə Topaz Premyer Liqasının cari mövsümündə daha yaxşı mübarizə aparan “Turan” klubunun bu çıxışı sponsorların da diqqətini cəlb edib. Tovuz təmsilçisi daha bir sponsorla anlaşıb.

Belə ki, bundan sonra “Bank of Azerbaijan” qərb komandasının sponsorlarından biri olacaq. Bankın adı əyalət təmsilçisinin geyindiyi formalara həkk edilib.

Artıq “Qarabağ”la noyabrın 24-də qarşılaşacaq komanda meydana yeni sponsorun adı yazılmış formalarda çıxacaq. Klubun vitse-prezidenti Namiq Məstanovun sözlərinə görə, yeni sponsorla anlaşmanın müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

Daha bir şirkətlə danışıqları davam etdirən “Turan” rəhbərliyi yaxın günlərdə anlaşma imzalamağa yaxındır. “Bank of Azerbaijan”dan fərqli, həmin şirkət klubun ana sponsoru olacaq.

Qeyd edək ki, “Turan” hazırda Premyer Liqa klubları arasında sponsoru olmayan yeganə klub idi.

Xəbər 965 dəfə oxundu.