Qadın voleybolçular arasında IV tur davam etdirilib
Qadın voleybolçular arasında Çempionlar Liqasında IV tur davam etdirilib. Meydana bu gün çıxacaq Azərbaycan çempionu “Rabitə”nin mübarizə apardığı B qrupunda 1 oyun baş tutub.

Təmsilçimizin qrupdakı əsas rəqibi “Villa Kortese” səfərdə Çexiya “Agel”i ilə qarşılaşıb. Qonaqlar meydan sahiblərinə heç bir şans verməyiblər – 3:0.

Xəbər 915 dəfə oxundu.