Azərbaycan- Polşa duelində sonuncu iştirakçımız “Rabitə” olacaq | |
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasında (ÇL) II dövrəsinin ilk turunun oyunlarına yekun vurulacaq. Azərbaycan və Polşa klublarının duelində sonuncu iştirakçımız “Rabitə” olacaq. ÇL-də yüz faizli nəticə göstərən səfərdə asanlıqla yendiyi “Atom”u qəbul edəcək. Çempionumuzun yenə qalib gəlməkdə çətinlik çəkməyəcəyini və bununla da turnirin 4-cü qələbəsini qazanacağını demək olar. Çünki o, turnirdə öz meydanında cəmi 1 dəfə uduzub. Bu da ötən mövsüm “Fənərbaxça”ya olub ki, məhz bu komanda sonda Bakıda “Dördlər finalı”nda qalib adını qazanmışdı. Çempionlar Liqası IV tur B qrupu 22 noyabr 18:00. “Rabitə” (Azərbaycan) - “Atom” (Polşa) Hakimlər: Frank Qarzoff (Almaniya), Yuri Bakunoviç (Belarus) Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi |
|
Xəbər 932 dəfə oxundu. |
|
|