Ronaldo müsəlmanların könlünü fəth etdi
Dünyanın mən yaxşı futbolçularından olan Kriştiano Ronaldo xeyirxah addımı ilə müsəlman dünyasının sevgisini qazanıb. “Real”ın portuqaliyalı ulduzu son günlərdə müharibənin yenidən alovlandığı Qəzza bölgəsinə yardım etmək qərarına gəlib.
Ronaldo 2011-ci ildə qazandığı “Qızıl buts”u sıtışa çıxarıb və 1,5 milyon dollara satılıb. Ulduz futbolçu pulun hamısını xeyriyyə tədbirləri həyata keçirmək üçün Madrid “Real”ı tərəfindən qurulan fonda köçürüb. Fond isə bu pulla Qəzzadakı uşaqlar üçün məktəb tikəcək.
Qeyd edək ki, “Real” bu fond vasitəsi ilə indiyədək 66 ölkədə 167 məktəb inşaa etdirib.

Xəbər 867 dəfə oxundu.