Bu gün “İqtisadçı” CEV kubokunun 1/8 final mərhələsində cavab oyununu keçirəcək
Bu gün “İqtisadçı” CEV kubokunun 1/8 final mərhələsində cavab oyununu keçirəcək. “Tələbələr” bu mərhələni adlayan “Bakı-Azəryol”un uğurunu təkrarlamağa çalışacaq.

“İqtisadçı” səfərdə oynasa da, 1/4 finala daha şanslıdır. Çünki universitet komandası millimizin liderlərindən olan Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka”ya artıq gücünü göstərib. Onlar Omskda da uğurlu çıxış edəcəkləri halda, rəqibin Azərbaycan klubları ilə bacarmadığını bir daha sübuta yetirəcəklər.

Hətta məğlubiyyət olsa belə, üzülməyə dəyməz. Çünki bu halda Bülənt Karslıoğlunun yetirmələri ümidlərini “Qızıl set”ə bel bağlayacaqlar.



21 noyabr
16:00. “OMİÇKA” (RUSİYA) - “İQTİSADÇI” (AZƏRBAYCAN)
Hakimlər: Mixaylo Medved (Ukrayna), Eduard Botezatu (Rumıniya)
Omsk, Viktor Bilanov adına İdman-Konsert Kompleksi

İlk oyun
“İQTİSADÇI” (AZƏRBAYCAN) – “OMİÇKA” (RUSİYA) - 3:1 (22:25, 25:11, 25:20, 25:17)

Xəbər 830 dəfə oxundu.