Sabah Avropa Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilir
Sabah Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyunlar keçirilir. “Neftçi” Tofiq Bəhramov adına respublika stadionunda Serbiyanın “Partizan” klubunu qəbul edəcək.
Belə ki, sabah hər iki komanda açıq məşqə çıxacaq. İlk öncə ev sahiblərinin baş məşqçisi Böyükağa Hacıyev 18:30-da mətbuat nümayəndələrinin suallarını cavablandıracaq. Daha sonra “ağ-qaralar” 19:00-da açıq məşqə çıxacaq. Daha sonra mərkəzi arena qonaların ixtiyarına veriləcək. Qonaq komandanın baş məşqçisi Vladimir Vermezoviç jurnalistlər önünə çıxacaq. 20:30-da isə Serbiya təmsilçiləri məşqə çıxacaq.

Xəbər 895 dəfə oxundu.