İmişlidə Olimpiya İdman Kompleksi inşa edilir
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq İmişli rayonunda Olimpiya İdman Kompleksi inşa edilir.
2008-ci ildə iki hektar ərazidə inşasına başlanılan ikimərtəbəli idman kompleksinin tikintisində son tamamlama işləri görülür.
Kompleksin ərazisində mehmanxana və yeməkxana binaları, idman, trenajor, boks, güləş və aerobika zalları, mini-futbol, voleybol və basketbol meydançaları inşa ediləcək.
AzərTAcın yaydığı xəbərə görə, Olimpiya İdman Kompleksinin bu ilin aprel ayında istifadəyə verilməsi nəzərdə tutulub.

Xəbər 2033 dəfə oxundu.