Şevçenkonun yeni sevdası
Ukraynalı futbol ulduzu Andrey Şevçenko 18 yaşlı bolqar model Nadya Qospodinova ilə məhəbbət macarası yaşaya bilərmiş. Bunu Bolqarıstanın «Blits» nəşri iddia edir. Naməlum mənbənin jurnalistlərə verdiyi məlumata görə, ukraynalı futbolçu adı çəkilən xanımla Avro-2012 dövründə tanış olub.

Qospodinova həmin dövrdə Ukraynaya qohumlarının yanına gəlibmiş. Kiyevdə təsadüfən onunla görüşən «Dinamo»nun və «Milan»ın keçmiş forvardı Nadyadan telefon nömrəsini istəyib. Gözəlçə də Andreyə «yox» deməyib. Şevçenko ilə Qospodinovanın artıq bir neçə aydır ki, ünsiyyət saxladıqları iddia edilir.

İdman.com.az saytının məlumatına görə, Şevçenko hazırda amerikalı model Kristian Paziklə evlidi. Onlar 8 il öncə evləniblər və 3 oğul övladları var.

Xəbər 951 dəfə oxundu.