Ən varlı adam «Ovyedo»nu aldı
Ərəb mənşəli meksikalı biznesmen, dünyanın ən varlı adamı hesab edilən Karlos Slim İspaniya «Ovyedo»sunun səhmlərinin nəzarət paketinə sahib olub. Slim ümumilikdə 2 milyon avroluq səhmləri alıb. Noyabrda klub 1,9 milyon avro toplamaq üçün səhmlərini 10,7 avrodan satışa çıxartmışdı. Bu addım komandanı iflasdan qurtarmaq üçün idi.

İdman.com.az saytının məlumatına görə, klubun yeni sahibinin varidatı 69 milyard dollardır. O, prezident kürsüsündə Toni Fidalqonu saxlayıb. Əvvəllər «Xetafe»ni alacağı söylənilən Slim indi «Ovyedo»ya böyük pullar qoyacaq. Bir vaxtlar ispan çempionatının ən yüksək dəstəsində oynamış «Ovyedo», 2000-2001-ci illər mövsümündə oranı tərk etmişdi və hazırda aşağı divizionlardan birində çıxış edir.

Xəbər 1041 dəfə oxundu.