Bu gün qadın həndbolçular arasında “Çelenc Cup”ın 1/16 final mərhələsinin püşkü atılıb
Bu gün qadın həndbolçular arasında “Çelenc Cup”ın 1/16 final mərhələsinin püşkü atılıb. Avropa Həndbol Federasiyasının Avstriyanın paytaxtı Vyanada baş tutan tədbirində Bakının ABU klubunun da rəqibi bilinib.

Püşk təmsilçimizə Polşanın “Politexnika” komandasını qismət edib. İlk görüş Bakıda, cavab matçı səfərdə olacaq.

Qeyd edək ki, Azərbaycan çempionu ABU III təsnifat mərhələsində Türkiyənin “Anadolu Universiteti” klubuna hər 2 görüşdə qalib gəlmişdi. Rəqibimiz isə Ukraynanın “Dnepryanka” komandasından güclü olub.

Xəbər 1368 dəfə oxundu.