Erman Toroğlu “Qalatasaray” azarkeşlərini təhqir edib
“TV8″də yayımlanan “Teleqol” verilişinin şərhçisi Erman Toroğlu “Qalatasaray” azarkeşlərini təhqir edib. Keçmiş hakim “sarı-qırmızılı” fanatlara “heyvan” deyib.
Belə ki, o, “Qalatasaray” azarkeşlərinin hava limanında “Mançester Yunayted”i qarşılayarkən olaylar çıxarmasına münasibət bildirərkən onları “heyvan” adlandırıb. Bununla kifayətlənməyən Toroğlu “Qalatasaray”ın Çempionlar Liqasından çıxarılmasını tələb edib.

Xəbər 1217 dəfə oxundu.