Millimizin üzvləri evlənir
Ağırlıqqaldırma üzrə milli komandamızın sabiq üzvləri – Boyanka Kostova və İvan Stoitsovun toyunun vaxtı dəqiqləşib. Bolqar idmançılar gələn ilin yayında ailə həyatı quracaq.
Qeyd edək ki, İvan Stoitsov zədəli olduğu üçün London olimpiadasına qatıla bilməyib və daha sonra millimizdən kənarlaşdırılıb. Boyanka Kostova isə bir neçə gün əvvəl buna etiraz əlaməti olaraq millimizdə çıxış etməkdən imtina edib. Lakin hər 2 atletin Azərbaycan yığması ilə müqaviləsi var. Stoitsov ən azı 2014, Kostova 2016-cı ilə qədər yığmamızın şərəfini qorumalıdı.

Xəbər 1204 dəfə oxundu.