Azərbaycandan İrəvana gedəcək heyət açıqlandı
Noyabrın 25-də Ermənistanın paytaxtı İrəvanda start götürəcək boks üzrə gənclər arasında dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. Yarışda ölkəmiz 7 boksçu ilə təmsil olunacaq.

Öncədən 6 idmançının – Tural Əhmədov (52 kq), Nəsrəddin Məmmədov (56 kq), Pərviz Bağırov (64 kq), Saqi Salehli (69 kq), Orxan Mayıllı (75 kq) və Rauf Rəhimovun (81 kq) iştirakı nəzərdə tutulsa da, sonradan siyahıya Rahil Məmmədli (91 kq) də əlavə edilib. İrəvana baş məşqçidən əlavə köməkçi-məşqçi Natiq Talıbov, eləcə də Azərbaycan Boks Federasiyasının rəsmiləri Ziya Talıbov və Niftalı Quliyev də gedəcək.
Qeyd edək ki, dünya çempionatına dekabrın 8-də yekun vurulacaq.

lent.az

Xəbər 964 dəfə oxundu.