Rojerio Seni qolların sayını 50-yə çatdıraraq yubileyini qeyd edib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhduldar qapıçılarının siyahısını açıqlayıb. Siyahıda baş verən son dəyişikliklər Braziliyanın “San Paulu” klubunun əfsanəvi qapıçısı Rojerio Seni ilə bağlıdır. Belə ki, 39 yaşlı qapıçı penaltidən vurduğu qolların sayını 50-yə çatdıraraq yubileyini qeyd edib. “Nautiko” klubunu məyus edən qolkiper ümumilikdə 105-ci qolunu vurub.

Qeyd edək ki, dünyanın ən məhsuldar 15 qapıçısının yer aldığı siyahıda Azərbaycan milli komandasının və “Turan” klubunun sabiq üzvü Nizami Sadıqov da var. Hesabında 21 qol olan qolkiper siyahıda 13-cü pilləyə şərikdir.

Xəbər 881 dəfə oxundu.