«Qəbələ» sevindi, AzAL üzüldü
Bu gün Topaz Premyer Liqasında XIII tur sona yetib. İdman.com.az saytının məlumatına görə, hesabat turunda 2 matç keçirilib. Saat 14:00-da başlayan oyunda «Qəbələ» evdə Gəncənin «Kəpəz» klubunu qonaq edib. İlk «altılıq»dan kənar düşmüş «qara-qırmızılar» autsayderə qalib gəlməklə, yenidən üst pillələrə qalxıblar – 2:0.

Bakı komandalarının görüşündə «Rəvan» AzAL ilə qarşılaşıb. Bu oyun saat 16:00-da başlayıb. Çempionata yaxşı başlayan və liderlər qrupunda yer alan «təyyarəçilər» son zamanlar mövqeyini itirməkdə davam edir. Elə aşağı sıralarda qərarlaşmış «sarı-qırmızılar»a məğlubiyyəti də Vaqif Sadıqovun komandası üçün növbəti xal itkisi saymaq olar – 0:1.

13 oyundan sonra yarış cədvəlində sıralama belədir: 1. «İnter» - 23 xal (12 oyun), 2. «Qarabağ» - 20 (13), 3. «Simurq» - 20 (13), 4. «Qəbələ» - 19 (13), 5. «Neftçi» - 18 (10), 6. «Xəzər Lənkəran» - 16 (12), 7. «Rəvan» - 16 (13), 8. AzAL - 16 (12), 9. «Turan» - 15 (13), 10. «Sumqayıt» - 13 (13), 11. «Bakı» - 13 (11), 12. «Kəpəz» - 9 (13).

Xəbər 850 dəfə oxundu.