Azərbaycan boksçusu Avropa çempionatında bürünc medal qazanıb
Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb.

63,5 kq çəkidə mübarizə aparan yığma üzvü moldovalı Alexandru Parasçivlə qüvvəsini sınayıb.

Rəqib finala yüksəldiyindən Həsənov Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, bu gün Alfonso Dominqes (92 kq) də yarımfinalda mübarizə aparacaq.

Xəbər 99 dəfə oxundu.