Kişi voleybolçulardan ibarət "Azərreyl" komandası ölkə çempionu olub | |
Kişi voleybolçular arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib. Finalda “Azərreyl” və "Murov Az Terminal" komandaları üz-üzə gəliblər. Bakı İdman Sarayında baş tutan qarşılaşma gərgin mübarizə şəraitində keçib. İlk setdə “Azərreyl” 29:27 hesabı ilə qalib gəlib. Ardıcıl iki setdə "Murov Az Terminal" oyunçuları üstün olublar - 27:25, 25:19. Dördüncü setdə “Azərreyl” istəyinə çatıb - 32:30. Həlledici, "qızıl set"də (15:13) də üstün olan "Azərreyl" rəqibinə 3:2 hesabı ilə qalib gələrək ölkə çempionu adına sahib çıxıb. Qeyd edək ki, üçüncü yer uğrunda görüşdə "Neftçi" MOİK-ə qalib gələrək (3:0) bürünc medal əldə edib. |
|
Xəbər 92 dəfə oxundu. |
|
|