“Neftçi” – “Sumqayıt” matçı cari mövsümün ən məhsuldar oyunu kimi tarixə düşüb
Topaz Premyer Liqasında “Neftçi” – “Sumqayıt” matçı cari mövsümün ən məhsuldar oyunu kimi tarixə düşüb. 8-ci km qəsəbə stadionunda ilk çempionat oyununda mövsümün rekordu oldu ki, bu da bakılıların 8:1 hesablı qələbəsi ilə qeydə alındı.

Sonuncu dəfə ən azı 9 qolun vurulduğu oyun ötən mövsüm olsa da, bu ilə təsadüf etmişdi. Martın 7-də keçirilən AZAL – “Sumqayıt” oyununda meydan sahiblərinin 6:3 hesablı qələbəsi olmuşdu.

Bu mövsüm ən çox qol III turda vurulmuşdu – 7. Maraqlıdır ki, həmin oyunda da darmadağın olunan məhz “Sumqayıt” olmuşdu. Onda avqustun 19-da “Qarabağ” Sumqayıtda Mehdi Hüseynzadə adına şəhər stadionunda rəqibini 6:1 hesabı ilə məğlub etmişdi.

Xəbər 1044 dəfə oxundu.