Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq
Bu gün basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq.

Finalda "Xəzri" və "Neftçi" klubları üz-üzə gələcəklər.

“Sərhədçi” İdman Mərkəzində reallaşacaq qarşılaşma saat 15:00-da start götürəcək.

Qeyd edək ki, ötən mövsüm "Gəncə" komandası bu titula sahib çıxıb.

Xəbər 103 dəfə oxundu.